DÜNYA

Çinin qızıl-valyuta ehtiyatları yenidən azalmağa başlayıb
07 MART
183

Çinin qızıl-valyuta ehtiyatları yenidən azalmağa başlayıb

2018-03-07 14:42:00

Çinin qızıl-valyuta ehtiyatları 1 illik fasilədən sonra ilk dəfə azalıb. 

Fins.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Bankı (PBOC) məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ay Çinin qızıl-valyuta ehtiyatları 27 mlrd. dollar və yaxud 0,85% azalaraq 3,13 trln. dollara düşüb. "Bloomberg"in keçirdiyi sorğuda iştirak edənlər isə sözügedən göstəricinin 3,16 trln. dollar təşkil edəcəyini ehtimal edirdi.

Xatırladaq ki, Çinin qızıl-valyuta ehtiyatları 2014-cü ilin iyun ayında 3,99 trln. dollara yüksələrək tarixi rekord səviyyəyə çatıb. Bundan sonra başlayan qlobal maliyyə böhranı nəticəsində ehtiyatlar 2017-ci ilin yanvar ayına qədər təxminən 1 trln. dollar azalaraq 2,998 trln. dollara düşüb. 

Analitiklər Çinin qızıl-valyuta ehtiyatlarında gözlənilməz azalmanı, dünya mərkəzi manklarının monetar siyasətlərini sərtləşdirməsi fonunda ölkədən sərmayə çıxışının başlaması ilə izah edirlər. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256