DÜNYA

Norveçin Pensiya Fondu 420 mlrd. dollar itirə bilər
07 MART
372

Norveçin Pensiya Fondu 420 mlrd. dollar itirə bilər

2018-03-07 11:31:00

 Norveçin Pensiya Fondunun (keçmiş Neft Fondunun) aktivləri mümkün qlobal iqtisadi böhranda dəyərini 40%-dən çox itirə bilər. 

Fins.az xəbər verir ki, bu barədə Fondun hazırladığı hesabatda bildirilir. 

Sənəddə qeyd olunub ki, 1 trln. dollardan çox aktivlərə malik olan Fondun bu miqyasda zərəri 2008-ci ildə müşahidə olunmuş 23%-lik zərərdən 4 dəfə çox olacaq. 

Fond belə bir proqnozla çıxış etməsinə səbəb ABŞ Prezidenti Donald Trampın başlatdığı qlobal ticarət müharibəsi olub. Belə ki, bir müddət əvvəl D.Tramp, polad və alüminium idxalına gömrük rüsumları tətbiq edəcəyini, Avropa İttifaqı və digər ölkələr isə öz növbəsində ABŞ mallarına qarşı adekvat addım atacaqlarını açıqlayıblar.

Norveç Pensiya Fondunun rəhbəri İngve Slinqstad (Yngve Slyngstad), böhran baş verərsə, hökumətin Fondun aktivlərindən istifadə edib-etməyəcəyi ilə bağlı müzakirələrin başladığını bildirib. Xatırladaq ki, Norveç qanunvericiyinə görə, Fondun aktivlərinin yalnız 3%-i zərurət olduqda xərclənə bilər. Bu isə, hökuməti, iqtisadçıları və bank sektorunu narahat edir.

Qeyd edək ki, bir müddət əvvəl Norveç Pensiya Fondu neft-qaz şirkətlərinin səhmlərinə investisiyaların dayandırması ilə bağlı müzakirələrə başlayıb. Hazırda Fondun aktivləriniin 41%-i neft-qaz şirkətlərinin qiymətli kağızlarındadır. 

Norveç Pensiya Fondu 2017-ci ili 13,7% gəlirliliklə başa vurub. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256