DÜNYA

ABŞ-ın Türkiyədəki səfirliyi martın 7-də işini bərpa edəcək
07 MART
87

ABŞ-ın Türkiyədəki səfirliyi martın 7-də işini bərpa edəcək

2018-03-07 09:39:00

 ABŞ-ın Ankaradakı səfirliyi öz işini tam həcmdə martın 7-də bərpa edəcək.

Fins.az verir ki, bu barədə çərşənbə axşamı Amerika diplomatik nümayəndəliyinin rəsmi təmsilçisi Devid Qeynerə istinadən "Sabah" nəşri yazıb.

"ABŞ-ın Ankaradakı səfirliyi sabah normal rejimdə işləməyə və xidmət göstərməyə başlaycaaq. Biz Türkiyə polisinə göstərdiyi dəstəyə və əmlak və əməkdaşlarımızın təhlükəsizliyinin təmin olunmasında etdiyi köməkliyə görə minnətdarıq", - deyə nəşr onun sözlərini sitat gətirir.

Birləşmiş Ştatların Türkiyədəki səfirliyi martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275