DÜNYA

Rusiya əhalisinin real gəlirləri azalıb
06 MART
200

Rusiya əhalisinin real gəlirləri azalıb

2018-03-06 14:21:00

Bu ilin yanvar ayında Rusiya əhalisinin real gəlirləri illik müqayisədə 7% azalıb. 

Fins.az xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsi ("Rosstat") məlumat yayıb. 

Azalmaya səbəb kimi, ötən ilin yanvar ayında pensiyaçılara birdəfəlik 5 000 rubl (təxminən 90 dollar) ödəniş edilməsi göstərilir. Həmin ödəniş nəzərə alınmazsa, əhalinin real gəlirlərində dəyişiklik olmadığı bildirilir. 

Qeyd edək ki, Rusiya əhalisinin real gəlirləri 4-cü ildir ki, azalır. Geriləmənin həddi 2017-ci ildə 1,7%, 2016-da 5,8%, 2015-ci ildə 3,2%, 2014-cü ildə isə 0,7% olub. Bu il hökumət vəziyyətin dəyişəcəyini və real gəlirlərin 2,3% artacağını ehtimal edir. 

Qeyd edək ki, real gəlirlər əhalinin inflyasiya və məcburi ödənişlərdən sonrakı gəlirini göstərir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256