DÜNYA

Dubayda ilk “üzən” bazar açılacaq
06 MART
111

Dubayda ilk “üzən” bazar açılacaq

2018-03-06 09:45:00

Bu ilin mayında Dubay-Krik körfəzində “BeYouLand” adı altında dünyada ilk “üzən” bazar işə salınacaq.

Fins.az xəbər verir ki, layihə özündə ənənəvi abra - ərəb qayığı formasını xatırladan Şərq dükanları üslubunda olan 17 qayıq-butiki birləşdirəcək. Bu qayıqlarda yerli və xarici brendlərdən olan geniş çeşiddə istehlak malları, həmçinin yemək və içkilər təklif olunacaq. Hər qayıq soyunub-geyinmə otaqları və kondisionerlərlə təchiz ediləcək.

Bununla yanaşı, bütün mağazalarda müştərilərə kafe xidmət edəcək. Layihənin müəllifi qismində Dubayın “Meraas” iri inşaat şirkəti çıxış edir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275