DÜNYA

OPEC-in Nazirlər Komitəsinin növbəti görüşünün vaxtı açıqlanıb
06 MART
214

OPEC-in Nazirlər Komitəsinin növbəti görüşünün vaxtı açıqlanıb

2018-03-06 09:18:00

OPEK-in neft hasilatının ixtisarı ilə haqqında razılaşmanın iştirakçısı olan ölkələrin nazirlərinin monitorinq komitəsinin qarşıdakı görüşünün keçirilməsi yeri haqqında planlar dəyişib.

Fins.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Küveytin neft naziri Bahit ər-Rəşidi bildirib.

O, qeyd edib ki, növbəti iclas aprelin 14-15-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

"Neft hasilatının azaldılmasına dair OPEK+ sazişinin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin növbəti görüşü Səudiyyə Ərəbistanının Ciddə şəhərində, 14-15 apreldə keçiriləcək", - deyə nazir ər-Rəşidi bildirib.

OPEK və təşkilata qoşulmayan bir sıra ölkələr 2016-cı ilin oktyabrında Vyanada neft hasilatının gündəlik 1,8 milyon barel olması ilə bağlı razılığa gəliblər. Razılaşma 2017-ci ilin birinci yarımilliyinə qədər bağlanmışdı. Lakin sonra müqavilənin müddəti 2018-ci ilin martının sonuna kimi uzadılıb. OPEK+ ölkələri ötən ilin noyabrda yenidən Vyana sazişini 2018-ci ilin sonuna kimi uzadıblar.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255