DÜNYA

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini ikinci dəfə azaldıb
05 MART
282

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini ikinci dəfə azaldıb

2018-03-05 17:29:00

Qazaxıstan Mərkəzi Bankı (QMB) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9,5% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, analitiklər Mərkəzi Bankın faizləri dəyişdirməyəcəyini ehtimal edirdilər.

Məlumatda həmçinin bildirilir ki, uçot dərəcəsi +/-1% dəhlizində dalğalana biləcək.

"QMB 2018-ci ildə də neytral pul-kredit şərtlərini təmin etmək üçün uçot dərəcəsini azaltmaq siyasətini davam etdirəcək", - QMB-dən bildirilib. 

Qərardan sonra Qazaxıstanda dolların məzənnəsi 323 tenge səviyyəsindən 321-yə geriləyib. İlin əvvəlindən isə dolların məzənnəsi Qazaxıstanda 3,6% ucuzlaşıb.

Xatırladaq ki, yanvarın 5-də keçirilən son iclasda QMB uçot dərəcəsini 0,5 baza bəndi azaldıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253