DÜNYA

Rusiyanın neft-qaz istehsalı azalıb
05 MART
129

Rusiyanın neft-qaz istehsalı azalıb

2018-03-05 12:11:00

Fevral ayında Rusiyada neft və qaz hasilatı azalıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, fevralda Rusiyanın gündəlik neft hasilatı əvvəlki aya nisbətən azalaraq 10,95 milyon barrel olub, təbii qaz istehsalı da azalaraq gündəlik 2,12 milyard kubmetr təşkil edib.

Fevral ayında Rusiyanın neft hasilatı yanvardakı 46,3 milyondan 41 milyon 836 min tona geriləyib.

Ötən ay ölkədə təbii qaz istehsalı isə ümumilikdə 59,23 milyard kubmetrə bərabər olub. Rusiya yanvar ayında 65,35 milyard kubmetr qaz istehsal etmişdi.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267