DÜNYA

ABŞ-da aktiv neft quyularının sayı sabit artım göstərir
05 MART
250

ABŞ-da aktiv neft quyularının sayı sabit artım göstərir

2018-03-05 10:24:00

ABŞ-da aktiv neft quyularının sayı 24 fevral - 2 mart həftəsi ərzində 1 ədəd və yaxud 0,12% artaraq 800-a çatıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb. Qeyd edək ki, əvvəlki hesabat həftəsində də aktiv quyuların sayı 1 ədəd artmışdı.

Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı 2 ədəd və yaxud 1,12% artaraq 181 ədədə çatıb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 3 ədəd və ya 0,3% artaraq 981 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 191 ədəd və yaxud 31,36%, aktiv qaz quyularının sayı 35 ədəd və yaxud 23,97%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 225 ədəd və yaxud 29,76% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 8 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,53 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,3% aşağıdır.

Ötən həftələrlə müqayisədə ABŞ-da aktiv neft quyularının sayının artmasında sabitlik müşahidə edilib. 17-23 fevral son hesabat həftəsində ABŞ-ın neft hasilatı 13 000 barel/gün və ya 0,13% artaraq 10,283 mln. barel/gün təşkil edib və növbəti rekord səviyyəyə yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin qiyməti 55-73 dollar/barel diapazonunda dəyişəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256