DÜNYA

Çin hökuməti ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər
03 MART
324

Çin hökuməti ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər

2018-03-03 23:02:00

 Çin hökuməti çinli ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, təklifi Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy irəli sürüb.

Məsələ bu ilin mart ayında Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq.

"İki uşaqla bağlı qanundan gözləntilərlə real effekt arasında böyük fərq var. O, əhali sayının sürətlə artmasına gətirib çıxarmayıb, əksinə, doğum səviyyəsinin azalmasına səbəb olub", - Ç.Leyuy bildirib.

Çinin Dövlət Statistika Bürosunun məlumatına görə, 2017-ci ildə Çində 17,23 milyon uşaq dünyaya gəlib. Bu, 2016-cı illə müqayisədə 630 min uşaq azdır.

"Çin üçün vacib olan məsələ yeni doğulanların sayını artırmaq məqsədilə ailə planlaşdırması siyasətinin yenidən nəzərdən keçirilməsidir", - Ç.Leyuy vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267