DÜNYA

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan etdi
23 FEVRAL
632

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan etdi

2018-02-23 23:49:00

ABŞ Maliyyə nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

"Biz Rusiya Federasiyasına qarşı sanksiyalar üzərində işləyirik. Mən sizi inandırıram ki, iş gedir və bu barədə danışmaq üçün yaxın həftələr ərzində bura geri dönəcəm”, deyə Mnuçin jurnalistlər üçün brinfinqdə bildirib.

O həmçinin əlavə edib ki, hal-hazırda ABŞ Maliyyə nazirliyi Amerika seçkilərinə müdaxilə etmək cəhdində təqsirləndirilən13 Rusiya vətəndaşına qarşı yeni sanksiyalar üzərində FTB ilə bərabər fəal şəkildə işləyir.

16 fevral xüsusi prokuror Robert Müllerin idarəsi Amerika seçkilərinə müdaxilə etməkdə təqsirləndirilənlərin siyahısını dərc edib. Nazirliyin saytında yerləşdirilən sənəddə 13 soyad və 3 təşkilatın adı çəkilir.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272