DÜNYA

"Goldman Sachs": Gələn il FED uçot dərəcəsini daha çox artıracaq
23 FEVRAL
288

"Goldman Sachs": Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

2018-02-23 17:52:00

 "Bu il FED-in uçot dərəcəsini 5 iclasda artırması az ehtimal olunsa da, 2019-cu ildə daha çox artımla üzləşəcəksiniz".

Fins.az xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının baş iqtisadçısı Yan Hatsius (Jan Hatzius) verib.

Hatsius bildirib ki, işsizliyin 3,25 - 3,5%-ə geriləməsi və inflyasiyanın 2% hədəfinə çatması və onu ötməsi FED-ə uçot dərəcəsini hər rüb bir dəfədən çox artırmağa imkan verəcək.

"Düşünürəm ki, ABŞ iqtisadiyyatı qızma riski ilə qarşılaşıb. Monetar siyasət buna əngəl olmalıdır", - deyə baş iqtisadçı vurğulayıb.

Qeyd edək ki, FED-in monetar siyasət iclasları hər rübdə 2 dəfə keçirilir. Bu il FED-in 4 iclasda, yəni rübdə bir dəfə uçot dərəcəsini artırması ehtimal olunur.

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259