DÜNYA

"Nomura": FED bu il uçot dərəcəsini 4 dəfə artıracaq
23 FEVRAL
421

"Nomura": FED bu il uçot dərəcəsini 4 dəfə artıracaq

2018-02-23 17:50:00

 Federal Ehtiyat Sistemi (FED) 2018-ci ildə uçot dərəcəsini 4 iclasda artıracaq.

Fins.az xəbər verir ki, bu proqnozu Yaponiyanın ən iri broker şirkəti - "Nomura"nın analitikləri veriblər.

Proqnoza əsasən, ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) son protokol mətnində iqtisadiyyat barədə nikbin fikirlər səsləndirilib. "Nomura"ya görə, "ABŞ-ın federal xərcləri artırması onu deməyə əsas verir ki, mart ayında açıqlanacaq iqtisadi göstəricilər bir qədər də müsbət olacaq. İqtisadi artım, inflyasiya göstəricilərində artım, işsizlikdə azalma müşahidə olunacaq".

Şirkətin analitiklərinin fikrincə, belə bir iqtisadi şəraitdə FOMC 2018-ci il üçün daha əvvəl nəzərdə tutduğu 3 uçot dərəcəsi artım qərarını 4-ə çatdıracağını açıqlayacaq. Belə ki, hətta 3 artım qərarı FOMC-un proqnozlarında tam olaraq yer almamışdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255