DÜNYA

Türkiyə Gürcüstandan idxal olunan bəzi məhsullara tətbiq etdiyi kvotanı ləğv edib
22 FEVRAL
196

Türkiyə Gürcüstandan idxal olunan bəzi məhsullara tətbiq etdiyi kvotanı ləğv edib

2018-02-22 10:30:00

Gürcüstan istehsalçıları Türkiyəyə ixrac etdikləri məhsulların həcmini 20 faiz artıracaq.

Fins.az xəbər verir ki, bu barədə razılıq fevralın 21-də Ankarada Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında keçirilən görüşdə əldə olunub.

Görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması barədə razılıq əldə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.

Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259