DÜNYA

Türkiyə Moldovaya 7 milyon avro pul ayırıb
22 FEVRAL
236

Türkiyə Moldovaya 7 milyon avro pul ayırıb

2018-02-22 10:26:00

 Türkiyə Moldovanın paytaxtı Kişinyovda yerləşən Prezident sarayının təmirinə 7 milyon avro ayırıb.

Fins.az xəbər verir ki, bu gün başlanılacaq təmir-bərpa işlərinə ölkə prezidenti İqor Dodon və Türkiyənin Moldovadakı səfiri Hülusi Kılıçın iştirakı ilə start veriləcək.

İşlərin bu ilin mayında yekunlaşacağı bildirilir. Binanın açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moldovaya səfəri zamanı nəzərdə tutulur.

İki ölkə arasında Prezident Sarayının yenidənqurması ilə bağlı razılıq ötən ilin iyulunda əldə edilib və rəsmi Ankara təmir xərclərini öz üzərinə götürüb.

2009-cu ildə Moldovada dövət çevrilişinə cəhd zamanı baş verən iğtişaşlar zamanı bina zadələnib. Maliyyə imkanlarının olmaması səbəbindən təmir-bərpa işləri 2011-ci ildən bəri dayandırılıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259