DÜNYA

Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb
21 FEVRAL
293

Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

2018-02-21 09:47:00

Ötən il Rusiya əhalisinin sayı 77 400 nəfər və ya 0,05% artaraq 146,9 mln. nəfər təşkil edib. 

Fins.az xəbər verir ki, 2016-cı ildə ölkə əhalisi 259 700, 2015-ci ildə isə 277 400 nəfər artıb.

Hesabatda bildirilir ki, Rusiya əhalisinin təbii azalması 2017-ci ildə 134 400 nəfər təşkil edib. Bu göstərici 2016-cı ildə 5 400, 2015-ci ildə isə 32 700 nəfər artım göstərib.

Miqrasiya Rusiya əhalisinin təbii azalmasını 57,6% üstələyib. 2017-ci ildə Rusiyaya 212 000, 2016-cı ildə 262 000, 2015-ci ildə isə 246 000 insan köçüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258