DÜNYA

Ukrayna əhalisi ötən il azalıb
21 FEVRAL
845

Ukrayna əhalisi ötən il azalıb

2018-02-21 09:39:00

Ukraynanın Dövlət Statistika Xidməti ötən il ölkə əhalisinin sayının azaldığını bildirib.

Fins.az xəbər verir ki, 2017-ci ildə Ukrayna əhalisinin 198,1 min nəfər azaldığı məlum olub.

"2018-ci ilin 1 yanvarına olan məlumata görə, ölkə əhalisinin sayı 42 milyon 386,4 min nəfərdir. 2017-ci ildə əhalinin sayı 198,1 min nəfər azalıb", - deyə "NewsOne" telekanalı bildirib.

Qeyd edilir ki, ölənlərin sayı yeni doğulanların sayına nisbəti 100 nəfərin 63 nəfərədir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256