DÜNYA

Əl-Mazrui: "OPEC+ 2018-ci ildən sonra üçün əməkdaşlıq anlaşması hazırlayır"
20 FEVRAL
278

Əl-Mazrui: "OPEC+ 2018-ci ildən sonra üçün əməkdaşlıq anlaşması hazırlayır"

2018-02-20 17:34:00

"OPEC+ 2018-ci ildən sonrakı dövr üçün əməkdaşlıq barədə anlaşma hazırlayır".

Fins.az xəbər verir ki, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri, OPEC konfransının sədri Süheyl əl-Mazrui Britaniya Energetika İnstitutu tərəfindən keçirilən Beynəlxalq Neft Həftəsində (IPW) bildirib.

"Birgə əməkdaşlıq anlaşması formalaşma mərhələsindədir. Anlaşma qəbul edilərsə, OPEC-in təsiri daha da güclənəcək", - deyə nazir qeyd edib.

Əl-Mazrui həmçinin qeyd edib ki, bu il neft bazarının tarazlıq əldə etməsi üçün çalışırıq: "Rusiya anlaşmanın əsas üzvüdür. Bu günə qədər olan razılıq, əməkdaşlıq, qarşılıqlı maraqların qorunması, onu deməyə əsas verir ki, hazırlanan yeni format hər bir üzv tərəfindən qəbul ediləcək".

Əl-Mazrui yaxın 20 ildə dünya iqtisadiyyatını neftlə təmin etmək üçün sektora 10 trln. dollar investisiya qoyuluşu lazım gəldiyini bildirib: "Bu məqsədə çatmaq üçün bu gündən hərəkət etmək lazımdır".

Konfransda iştirak edən BP şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) qeyd edib ki, 2040-cı ilə qədər neft istehlakı yüksək səviyyədə qalmağa davam edəcək: "Əgər cari tendensiya davam edərsə, 2040-cı ildə alternativ enerji məcmu enerji balansının 25%-ni təşkil edəcək. Qalan 75% isə yenə də neft, qaz, kömür olacaq. Paris İqlim Anlaşması daha sürətlə həyata keçirilərsə, 2040-cı ilə qədər neft və qaz məcmu balansın 40%-ni təşkil edəcək".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258