DÜNYA

"Societe Generale": Neft 2019-2020-ci illərdə ucuzlaşacaq
20 FEVRAL
226

"Societe Generale": Neft 2019-2020-ci illərdə ucuzlaşacaq

2018-02-20 10:54:00

 ABŞ-da şist neft hasilatının artmağa davam etməsinə baxmayaraq, neftin qiyməti yüksələcək. Fins.az xəbər verir ki, bu proqnozla Fransanın "Societe Generale" bankı çıxış edib. Bankın hazırladığı hesabatda 2018-ci il üçün "Brent" markalı neftin orta qiyməti 62 dollardan 66 dollar/barelə, WTI neftinin qiyməti isə 58 dollardan 62 dollar/barelə yüksəldilib. Bu proqnozu ABŞ-ın "Sanford C. Bernstein" araşdırma şirkəti də dəstəkləyib.

"Societe Generale"in ekspertləri bildiriblər ki, ABŞ-ın neft hasilatında faktiki artım proqnozları üstələsə də, Venesuelanın neft hasilatındakı azalma da proqnozları üstələyir. Bank, qeyri-OPEC ölkələrində neft hasilatının ciddi şəkildə artacağını ehtimal edir. Lakin, OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edə biləcək.

"Societe Generale" 2018-ci ildə neft bazarının tarazlı vəziyyətdə olacağını, 2019-2020-ci illərdə isə dünya iqtisadiyyatında gözlənilən yavaşlama ilə qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255