DÜNYA

ABŞ-da aktiv neft quyularının sayı daha 7 ədəd artıb
19 FEVRAL
174

ABŞ-da aktiv neft quyularının sayı daha 7 ədəd artıb

2018-02-19 10:45:00

 ABŞ-da aktiv neft quyularının sayı 10-16 fevral həftəsi ərzində 7 ədəd və yaxud 0,9% artaraq 798-ə çatıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı 7 ədəd və yaxud 3,8% azalaraq 177 ədədə düşüb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı dəyişməyərək 975 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 201 ədəd və yaxud 33,67%, aktiv qaz quyularının sayı 24 ədəd və yaxud 15,7%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 224 ədəd və yaxud 29,8% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 8 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,52 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,4% aşağıdır. Lakin buna baxmayaraq,  ABŞ-da 3-9 fevral həftəsində neft hasilatı 20 min barel və yaxud 0,2% artaraq rekord səviyyə - 10,271 mln. barel/günə çatıb.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin qiyməti 55-73 dollar/barel diapazonunda dəyişəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259