DÜNYA

Yapon şirkəti Tokioda taxtadan 70 mərtəbəli göydələn inşa etməyi planlaşdırır
18 FEVRAL
282

Yapon şirkəti Tokioda taxtadan 70 mərtəbəli göydələn inşa etməyi planlaşdırır

2018-02-18 17:20:00

Yaponiyanın “Şumitomo Forestry” şirkəti Tokioda taxtadan 350 metr hündürlükdə göydələn inşa etməyi planlaşdırdığını elan edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, şirkətin planına əsasən 70 mərtəbəli göydələn 2041-ci ildə paytaxtın Marunoçi işgüzar rayonunda inşa ediləcək.

Binanın konstruksiyasının zəlzələyə qarşı müqavimətini artırmaq üçün poladdan da istifadə olunması nəzərdə tutulur. Buna qədər Yaponiyada taxtadan inşa edilən ən hündür tikili yeddi mərtəbəli olub.

455 min kvadratmetr sahəni əhatə edəcək yeni göydələn çoxfunksiyalı olacaq. Burada mağazalar, ofislər, mehmanxana və mənzillər yerləşəcək. Tikilinin ümumi dəyərinin 5,5 milyard dollar təşkil edəcəyi bildirilir. Göydələnin inşası üçün ümumilikdə 185 min kubmetr taxta sərf olunacağı gözlənilir. Adətən “Şumitomo Forestry” şirkəti bu qədər taxta materialı 8 min adi binaya sərf edir.

Hazırda şirkət tikintidə istifadə etmək üçün üç saat ərzində oda davam gətirə biləcək ağac növünü araşdırır. Bununla yanaşı göydələndə oda qarşı davamlı bitkilərin yerləşdirilməsi də nəzərdə tutulur.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267