DÜNYA

Rusiya Mərkəzi Bankı: Neftə tələbat növbəti onilliyin ortalarında azalacaq
16 FEVRAL
342

Rusiya Mərkəzi Bankı: Neftə tələbat növbəti onilliyin ortalarında azalacaq

2018-02-16 17:29:00

 Elektromobillər neftə tələbatı 2020-ci illərin ortalarında azalda bilər. Fins.az xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) Tədqiqatlar və araşdırmalar Departamentinin hazırladığı "Trendlər nə deyir" adlı bülletenində qeyd olunub.

Departamentin araşdırmalarına görə, avtomobil nəqliyyatı tərəfindən neft istehlakının dinamikasına elektromobil bazarının inkişafı təsir edəcək. Əksər ssenarilər 2020-ci illlərin ortalarında avtomobil nəqliyyatı tərəfindən neft istehlakının pik həddə çatacağını göstərir. Elektromobil bazarının sürətli inkişafı və yanacaq sərfiyyatında qənaətin gücləndirilməsi pik dövrünün daha tez çatmasına səbəb ola bilər.

Rusiya Bankının bülletenində qeyd olunur ki, məcmu tələbin 11%-ni təşkil edən hava və dəniz daşımaçılığında neftə tələbat artmaqda davam edəcək: "Həmçinin, məcmu tələbin 45%-ni təşkil edən neft-kimya sənayesində də tələb artacaq. Bu səbəbdən, neftin qiymətinə proqnoz vermək xeyli çətinləşir".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255