DÜNYA

NATO ölkələri “hərbi Şengen” yaradır
15 FEVRAL
231

NATO ölkələri “hərbi Şengen” yaradır

2018-02-15 15:06:00

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər. 

Fins.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı yaratmaq barədə razılığa gəliblər.

Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki, ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər sürətlə hərəkət edə bilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258