DÜNYA

Avropa şirkəti Azərbaycan vasitəsilə yükdaşımalara başlayıb
15 FEVRAL
262

Avropa şirkəti Azərbaycan vasitəsilə yükdaşımalara başlayıb

2018-02-15 11:41:00

Azərbaycanın “ADY Container” şirkəti İsveçrənin “Hupac Intermodal” şirkəti ilə əməkdaşlığa başlayıb.

Fins.az “Hupac Intermodal”a istinadla bildirir ki, İsveçrənin “Hupac Intermodal” nəqliyyat-logistika şirkəti Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edərək Avropa, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanı əlaqələndirəcək.

“Bununla da Almaniya, Benilüks ölkələri, İtaliya, Polşa, İspaniyadan olan sənaye qrupları Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanla əlaqələndiriləcək. Bu, etibarlı və zamanında ünvana çatan intermodal daşınmalarıdır”, - deyə şirkətin məlumatında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253