DÜNYA

Albaniyada TAP üzrə miktorunelin inşasına başlanılıb
14 FEVRAL
120

Albaniyada TAP üzrə miktorunelin inşasına başlanılıb

2018-02-14 16:21:00

 Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniyada  şərq və qərb seqmentlərini birləşdirən 1,5 km-lik mikrotunelin inşası üzrə işlərə başlanılıb.

Fins.az xəbər verir ki, mikrotunelin tikinti işlərinin təxminən 4 ay davam etməsi gözlənilir.

Görülən işlər çərçivəsində Çorovoda şəhərində 50 yeni iş yeri yaradılacaq.

Mikrotunel 560 metr şərq tuneli, 600 metr qərb tunelindən ibarət olacaq və onun diametri 1,8 metr təşkil edəcək.

Bununla bağlı keçirilən mərasimdə Albaniyanın energetika və infarstruktur nazirinin müavini Enis Aliko TAP layihəsnin Albaniya iqtisadiyyatı üçün önəmini vurğulayıb. O bildirib ki, bu cür əməliyyatlar və texnika TAP kimi önəmli layihənin bir hissəsi inşa olunan Albaniyada ilk dəfə icra olunur: “Boru kəmərinin inşası zamanı tətbiq olunan təhlükəsizlik standartlarına görə TAP-ı təbrik edirəm”.

TAP-ın Albaniya üzrə layihə meneceri Karl Roberts bildirib ki, TAP Qərbi Balkan ölkələrinin gələcəkdə qazlaşdırılmasına və Avropaya yeni mənbədən qaz nəqlinə imkan yaradan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir. Onun sözlərinə görə, ən az insan müdaxiləsi ilə ən müasir texnologiyadan istifadə olunaraq inşa olunacaq və bu ətraf mühit üçün ən təhlükəsiz üsuldur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301