DÜNYA

IEA: ABŞ artıq bu il neft hasilatı üzrə dünya lideri olacaq
13 FEVRAL
208

IEA: ABŞ artıq bu il neft hasilatı üzrə dünya lideri olacaq

2018-02-13 16:51:00

ABŞ-da neft hasilatı şist neft hasilatında artım hesabına yaxın rəqibləri olan S.Ərəbistanı və Rusiyanı ötərək 2018-ci ilin sonuna qədər onun lider ölkəyə çevrilməsinə səbəb olacaq. Fins.az xəbər verir ki, bu proqnozu Beynəlxalq Energetika Agentliyi (EIA) fevral hesabatında yayıb.

Hesabatda bildirilir ki, OPEC+ anlaşmasının qlobal neft ehtiyatlarında azalmaya yol açdığı qeyd olunur. OECD ölkələrinin izafi neft ehtiyatları 5 dəfə azalaraq 264 mln. bareldən 52 mln. barelə düşüb. "Sanki, anlaşma müsbət effekt verib. Amma bu, belə deyil. Noyabr-yanvar ayları ərzində ABŞ-da neft hasilatı 846 min barel/gün artım göstərib və S.Ərəbistanını ötüb. İlin sonuna qədər isə ABŞ Rusiyanı da ötərək neft hasilatında lider ölkəyə çevrilə bilər".

Agentlik 2018-ci il üçün neft tələbi ilə bağlı proqnozunu 100 min barel/gün artıraraq 99,2 mln. barel/günə çatdırıb. Proqnozlara görə, 2017-ci illə müqayisədə isə tələbatın 1,4 mln. barel/gün artım göstərəcəyi gözlənilir. Lakin, OPEC istisna olmaqla, neft hasilatının isə 1,8 mln. barel/gün artaraq və 59,9 mln. barel/günə çatacağı proqnozlaşdırılır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253