DÜNYA

2021-сi ildən Qazaxıstan pasportları latın qrafikası ilə hazırlanacaq
13 FEVRAL
251

2021-сi ildən Qazaxıstan pasportları latın qrafikası ilə hazırlanacaq

2018-02-13 11:06:00

Qazaxıstanda 2021-ci ildən etibarən pasportlar və şəxsiyyət vəsiqələrinin latın qrafikası ilə hazırlanması planlaşdırılır.

Fins.az xəbər verirki, bunu Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Erlan Kojaqapanov deyib. O bildirib ki, artıq latın əlifbasına keçidlə bağlı plan hazırlanıb: "2021-2023-cü illərdə Qazaxıstan vətəndaşı olan şəxslərə məxsus pasportların, şəxsiyyət vəsiqələrinin və dövlət dilində digər sənədlərin latın qrafikası əsasında hazırlanması nəzərdə tutulub. Bundan başqa, 2024-2025-ci illərdə yerli icra hakimiyyəti orqanlarının, dövlət kütləvi informasiya vasitələrinin və dövlət çap nəşrlərinin mərhələli şəkildə latın əlifbasına keçirilməsi planlaşdırılır". 

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb. 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254