DÜNYA

ABŞ Misirə 1 milyard dollar ayırdı – SƏBƏB?
12 FEVRAL
118

ABŞ Misirə 1 milyard dollar ayırdı – SƏBƏB?

2018-02-12 16:35:00

Vaşinqton Qahirəyə 1 milyard dollar ayırıb.

Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Misirdə xarici işlər naziri Sameh Şukri ilə birgə mətbuat konfransı zamanı deyib.

Dövlət katibi bu vəsaitin terrorizmlə mübarizə üçün ayrıldığını vurğulayıb.

R.Tillerson deyib: "Vaşinqton terrorizmə qarşı mübarizədə hərbi potensialını artırması üçün Qahirəyə 1 milyard dollar ayırıb".

Qeyd edək ki, ABŞ-ın Qahirəyə illik hərbi yardımı 1,4 milyard dollar təşkil edir.

© Trend

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+4°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302