DÜNYA

OPEC: Bu il dünyada neftə olan tələbat gündəlik 1,6 mln. barel artacaq
12 FEVRAL
172

OPEC: Bu il dünyada neftə olan tələbat gündəlik 1,6 mln. barel artacaq

2018-02-12 16:25:00

2018-ci ildə dünyada neftə olan tələbat gündəlik olaraq 1,6 mln. barel artacaq.

Fins.az xəbər verir ki,  bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Qahirədə keçirilən konfrans zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, bazar balansın bərpası istiqamətində irəliləyir: “2014-cü ilin payızından bu günə qədər neft bazarında tarazlıq olmayıb”.

M. Barkindo bildirib ki, bazarın yenidən balanslaşmasını neft hasilatının məhdudlaşdırılması ilə bağlı imzalanan OPEC + sazişinə dair "görünməmiş uyğunluq səviyyələri" təmin edir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277