DÜNYA

Bu ölkədə vergilər rəqəmsal pul vahidləri ilə ödəniləcək
12 FEVRAL
221

Bu ölkədə vergilər rəqəmsal pul vahidləri ilə ödəniləcək

2018-02-12 11:49:00

Arizona Senatında keçən həftə keçirilən səsvermə nəticəsində dünyanın ən böyük iqtisadiyyatından biri olan ABŞ-da ilk yaşanıb.

Belə ki, “Böyük Kanyon” ilə hər il milyonlarla turisti özünə cəlb edən Arizonada kriptovalyuta ilə vergilərin ödənilməsi qərarı alınıb. Senatda qəbul edilən qərar “Təmsilçilər Məclisindən” keçdiyi halda Arizonada yaşayanlar vergi dairələrinə edəcəkləri ödənişləri Bitcoin, Ethereum və digər rəqəmsal pul vahidləri ilə ödəyə biləcəklər.

Qanunda həmçinin qeyd edilib ki, kriptovalyutada tez-tez baş verən qiymət dalğalanmanın vergi dairələrinə təsirsiz ötüşməsi üçün də addım atılacaq. Belə ki, vergi dairələri ödənişləri 24 saat ərzində ABŞ dollarına çevirəcək.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258