DÜNYA

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
09 FEVRAL
306

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

2018-02-09 16:01:00

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,5%-ə endirib.

Fins.az xəbər verir ki, bu barədə Bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı 2017-ci ildə 6 iclasda faizləri azaldıb. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb. Analitiklər də Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar. Bundan əvvəlki iclasda, dekabrın 15-də Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb.

Bu qərar rublun məzənnəsinə təsir etməyib və ABŞ dollarının məzənnəsi 58 RUB/USD səviyyəsində sabit qalıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259