DÜNYA

FİFA dünya çempionatında yığma komandaların iştirakçı siyahısı ilə bağlı yenilik edib
09 FEVRAL
349

FİFA dünya çempionatında yığma komandaların iştirakçı siyahısı ilə bağlı yenilik edib

2018-02-09 10:20:00

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında yığma komandaların ilkin iştirak ərizələrindəki oyunçu sayı artırılıb. 

Fins.az-ın məlumatına görə, bu barədə DÇ-2018-in Təşkilat Komitəsi qərar qəbul edib.

FİFA mətbuat xidmətinin yaydığı press-relizdə deyilir: "Yığma məşqçilərinin istəklərini nəzərə alan Təşkilat Komitəsi geniş iştirak ərizəsinə salınacaq oyunçuların sayının 30-dan 35-ə artırılmasına razılıq verib. Bundan başqa, FİFA milli federasiyanın razılığı ilə geniş heyəti açıqlaya bilər. Bu düzəlişlər martın 16-da FİFA Şurasının iclasında təsdiqlənməlidir".

DÇ-2018-də yığmaların ilkin iştirakçı siyahısı FİFA-ya mayın 14-dək, 23 oyunçudan ibarət yekun ərizə isə iyunun 4-dək təqdim olunmalıdır.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253