DÜNYA

“Türk axını” layihəsinin xərci artıb
08 FEVRAL
241

“Türk axını” layihəsinin xərci artıb

2018-02-08 16:39:00

 “Türk axını” boru kəmərinin inşası layihəsinin icrası 7 mlrd. ABŞ dollarına başa gələcək.

Fins.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bunu “Gazprom” şirkəti İdarə Heyətinin sədr müavini Andrey Kruqlov Londonda investorlarla keçirilən görüşdə bildirib.

“İlkin olaraq, layihənin dəyərinin 6 mlrd. dollar olacağını hesab edirdik, indi isə təxminən 7 mlrd. dollar qiymətləndirik”, - deyə A.Kruqlov deyib.

“Gazprom” rəsmisi layihə maliyyələşdirilməsinin mümkünlüyünü istisna etmədiklərini qeyd edib: “Lakin hazırkı reallığa əsasən, “Türk axını” boru kəmərinin tikintisi böyük ehtimalla “Gazprom”un vəsaiti və sonra “Şimal axını 1” layihəsində olduğu kimi xüsusi istiqazlar hesabına maliyyələşdiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253