DÜNYA

Rusiya islahatlar keçirməsə, ÜDM 2%-dən çox artmayacaq
05 FEVRAL
208

Rusiya islahatlar keçirməsə, ÜDM 2%-dən çox artmayacaq

2018-02-05 17:37:00

Bu il Rusiya iqtisadiyyatının artım tempinin 1,5-2% təşkil edəcəyi gözlənilir. Onun sürətlənməsi üçün struktur islahatları proqramı həyata keçirilməlidir.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının ekspertlərinin hazırladığı materiallarda bildirilir.

"İqtisadi artımın əsas amili işgüzar tsiklin mənfi fazasının bitməsi və tsiklik artıma qayıdılmasıdır. Bu da illik 1,5-2% iqtisadi artıma uyğun gəlir. Buna bənzər artım göstəricilərini 2018-ci ildə də gözləyirik",- deyə ekspertlər bildiriblər.

2018-ci il mart seçkilərindən sonra yeni hökumətin formalaşmasından sonra iqtisadi islahatlar diqqət mərkəzində olacaq. İslahatlar proqramının açıqlanması artıq iqtisadi artımın 2,5%-ə qədər sürətlənməsinə səbəb ola bilər. Daha yüksək artım templəri hökumətin konkret addımlarından və dəyişikliklərin sürətindən asılı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254