DÜNYA

FED-in yeni rəhbəri işə başlayır
05 FEVRAL
281

FED-in yeni rəhbəri işə başlayır

2018-02-05 17:29:00

ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbəri Cerom Pauel (Jerome Powell) bu gün vəzifəsinin icrasına başlayır.

Fins.az xəbər verir ki, Pauel bu vəzifədə 4 il qalacaq.

Qeyd edək ki, Pauel ABŞ fond birjalarının son 2 ilin ən sərt azalması ilə üzləşdiyi, ABŞ dövlət istiqrazlarının son 4 ilin maksimal həddinə çatdığı, qlobal iqtisadiyyatın sürətləndiyi və uçot dərəcəsini artırmaq zərurəti olan bir dövrdə işə başlayır.

Analitiklər bu il FED-in 3 dəfə faiz artıracağını ehtimal edirlər. FED üzvlərinin proqnozları da bazar iştirakçılarının ehtimalları ilə üst-üstə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273