DÜNYA

Kanada dolları və Meksika pesosu ucuzlaşıb
11 YANVAR
113

Kanada dolları və Meksika pesosu ucuzlaşıb

2018-01-11 11:52:00

Dünən ABŞ-da birjaların bağlanmasına yaxın hökumətdən gələn açıqlamalar Kanada dolları və Meksika pesosunu sərt ucuzlaşdırıb. 

Fins.az xəbər verir ki, ABŞ-ın yaxın zamanda NAFTA-dan (Şimali Amerika Sərbəst Ticarət Zonası) ayrılacağı ilə bağlı xəbər yayıb.

Nəticədə Kanada dolları 0,8%, Meksika pesosu isə 1,5% ucuzlaşıb. CAD/USD məzənnəsi 1,2490-dən 1,2580-ə, MXN/USD isə 19,1-dən 19,4-a çatıb.

Kanada hökuməti ABŞ-ın NAFTA-dan ayrılacağına əmin olduğunu, bu qərarın önəmli olmasına baxmayaraq, iki ölkə arasında ticarətin davam edəcəyini və görüşlərə hazır olduğunu bildirib.

Xatırladaq ki, beynəlxalq maliyyə təşkilatları 2018-ci ildə qlobal iqtisadiyyat üçün risklər arasında proteksionist qərarları da sadalayıblar. ABŞ-ın NAFTA-dan çıxması durumunda Şimali Amerikada ticarət dövriyyəsinin zəifləməsi gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301