DÜNYA

Ötən il Gürcüstanda 3 min nəfərə vətəndaşlıq verilib
10 YANVAR
330

Ötən il Gürcüstanda 3 min nəfərə vətəndaşlıq verilib

2018-01-10 16:26:00

Gürcüstan prezidenti 2017-ci ilin yanvar-oktyabr aylarında 3000 nəfərə vətəndaşlıq verib. 

Fins.az xəbər verir ki, hesabat dövründə dövlət başçısına 3097 şəxsin müraciəti təqdim olunub. Onlardan 2363-ü keçmiş sovet respublikalarının vətəndaşlarıdır.  

Gürcüstan vətəndaşlığı alan şəxslər arasında İranda yaşayan 79 etnik gürcü də var. Vətəndaşlığın alınmasına imtina cavabı almış 97 nəfərin 70-i Gürcüstanda anadan olub, 27 nəfər isə Gürcüstanın keçmiş vətəndaşı və ya ölkə vətəndaşının ailə üzvü olub. 

Hesabatda həmçinin qeyd olunub ki, 2013-2017-ci illərdə sadələşdirilmiş qaydada vətəndaşlığın verilməsi ilə bağlı 544 müraciətə baxılaraq, onlardan 508-i ilə bağlı müsbət rəy hazırlanıb və prezidentə təqdim olunub. Həmin şəxslərin 55-i Gürcüstan, 299-u Azərbaycan, 145-i Özbəkistan, 9-u isə digər ölkələrdə anadan olub. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257