DÜNYA

Bu ölkədə inflyasiya 2616 faiz olub – ANTİREKORD
09 YANVAR
519

Bu ölkədə inflyasiya 2616 faiz olub – ANTİREKORD

2018-01-09 19:48:00

Cənubi Amerika ölkəsində 2017-ci ilin nəticələrinə görə inflysiyanın göstəricisi 2616% olub. Belə ki, Venesuelada dekabr ayında qiymətlər 85% bahalaşıb. Fins.az qərb mediasına istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Asembleyasının internet səhifəsində yer alıb. Bu göstərici ilə Venesuela dünyada yeganə hiperinflasiya baş verən ölkə olub-deyə bu barədə öz tvitter səhifəsində ölkənin maliyyə komitəsinin nümayəndəsi Rafael Guzman qeyd edib.

Rafael Guzman-nın müavini Xose Guerrera isə məsələ ilə bağlı açıqlaması zamanı ölkənin ilin əvvəlində inflyasiyaya 18% -lə başladığını ilin sonunda isə bu rəqəmin 85% çatdığını bildirib.

Proqnozlara görə,2018-ci ilin sonlarına ölkədə inflyasiya həddi 14 min  faizə çata bilər.

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258