DÜNYA

"Shell"in inkişaf perspektivləri şist neft hasilatından asılı olacaq
09 YANVAR
276

"Shell"in inkişaf perspektivləri şist neft hasilatından asılı olacaq

2018-01-09 14:42:00

"Royal Dutch Shell" neft-qaz şirkəti yaxın 10 ildə əməliyyatlarının genişlənmə perspektivlərinin şist neft hasilatının inkişafından asılı olacağını bildirib. 

Fins.az xəbər verir ki, bunu şirkətin baş icraçı direkrou Ben van Berden (Ben van Beurden) "Financial Times"a açıqlamasında bildirib.

Van Berden "Shell"in uzunmüddətli perspektivdə əsas inkişaf sahələrinin qeyri-ənənəvi sektorlar, yəni kimya sənayesi, elektrik enerjisi və bioyanacaq olduğunu qeyd edib. Bununla yanaşı, şirkət ABŞ, Kanada və Argentinada şist neft yataqlarına investisiyalarını artıracağını bildirib.

"2020-ci ildə neftin qiymətinin hansı səviyyədə olmasından asılı olaraq şist neft sektoruna investisiyalar genişlənəcək. "Shell", rəqibləri "ExxonMobil" və "Chevron" kimi ABŞ-da şist neft ehtiyatlarını əsas hasilat mənbəyi kimi görür", - deyə Berden qeyd edib.

Perm hövzəsində xərclərini 35% azaldan şirkət, 2019-cu ildə müsbət vəsait axını əldə edəcəyini planlaşdırır. 2020-ci ilə qədər "Shell" qeyri-ənənəvi neft-qaz hasilatını ötən il planlaşdırdığı 250 min barel/gündən 500 min barel/günə yüksəldəcəyini bildirib.

"Shell" rəhbəri elektrik enerjisi seqmentinin əsrin sonuna qədər enerji sistemində xüsusi çəkisinin hazırkı 18%-dən artaraq 50%-i ötəcəyini və şirkətinin bu imkanı qaçırmayacağını qeyd edib. Bu məqsədlə "Shell" Texasın "MP2" qrupu, "NewMotion" elektromobil enerji doldurma stansiyaları və Böyük Britaniyanın "First Utility" pərakəndə energetika şirkətini alıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256