DÜNYA

Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirir
09 YANVAR
295

Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirir

2018-01-09 12:07:00

aponiya Mərkəzi Bankı (BoJ) dövlət istiqrazlarının alış proqramına dəyişiklik edib. 

Fins.az xəbər verir ki, BoJ 10-25 illik dövlət istiqrazlarının alış həcmini 10 mlrd. yen (88,39 mln. dollar) və ya 5% azaldaraq 190 mlrd. yenə (1 679 mln.dollar), 25-40 illik istiqrazlarının alış həcmini 10 mlrd. yen (88,39 mln. dollar) və ya 11,1% azaldaraq 90 mlrd. yenə (795,5 mln. dollar) endirib. 

"MarketWatch" maliyyə xəbərləri və konsaltinq şirkəti BoJ-un qərarını monetar siyasətin bir qədər sərtləşdirilməsi kimi qiymətləndirib.

Qərardan sonra Yaponiyada ABŞ dollarının məzənnəsi zəifləyib və 113,09-dan 112,62-ə enib. Yaponiyanın "Nikkei 225" fond birjası indeksi 0,6% artım göstərib.

Həmçinin Yaponiyanın 10 illik istiqrazlarının faiz dərəcəsi 1 baza bəndi artaraq 0,065%-ə, 30 illik istiqrazlarının faizi isə 1,5 baza bəndi artaraq 0,83%-ə çatıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259