DÜNYA

ABŞ kriptovalyuta investorlarına xəbərdarlıq edib
05 YANVAR
305

ABŞ kriptovalyuta investorlarına xəbərdarlıq edib

2018-01-05 16:59:00

ABŞ-ın kapital bazarının tənzimləyici gurumu olan “The U.S. Securities and Exchange Commision” (SEC) investorlara “Bitcoin” və bu kimi virtual valyutalarla bağlı ehtiyatlı olmağı tövsiyə edib.

Fins.az xəbər verir ki, SEC-in xəbərdarlığına əsasən, əyalət və federal tənzimləyiciləri qanunsuz maliyyə bazarları iştirakçıları səbəbindən yarana biləcək zərəri təmin edə bilməyəcək.

SEC rəhbəri Cey Kleyton (Jay Clayton) verdiyi açıqlamada qeyd edib ki, əksər virtual valyutaların emissiyası və digər rəqəmsal valyutalara investisiya, qiymətli kağızlarla bağlı federal və əyalət qanunlarına uyğun gəlmir. Tənzimləyicilər sürətlə artan kriptovalyuta bazarına nəzarət etmək istəsə də, investorları ehtiyatlı olmağa çağırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273