DÜNYA

Tokiodakı hərracda mavi tuna balığı 600 min avrodan baha satılıb
05 YANVAR
198

Tokiodakı hərracda mavi tuna balığı 600 min avrodan baha satılıb

2018-01-05 16:35:00

Yanvarın 5-də Tokionun Tsukizi balıq bazarındakı hərraclarda 212 kiloqramlıq mavi tuna balığı 74,20 milyon yenə (təqribən 605 min avro) satılıb.

Fins.az xəbər verir ki, həmin balıq bazarda təşkil olunan ilk hərraclar zamanı əsas lot olub. Balığın Aomori prefekturasının Oma limanında tutulduğu bildirilir.

Balıq dünyanın bir çox ölkələrində restoranlar şəbəkəsinə malik olan “Sushizanmai” şirkətinin sahibi Kiyoşi Kimura tərəfindən alınıb.

Bununla yanaşı, həmin lotun rekord olmadığı qeyd edilir. Belə ki, bu bazarda 222 kiloqram ağırlığında mavi tuna balığı 2013-cü ildə 155,4 milyon yenə satılmışdı. Həmin vaxt da balığı “Sushizanmai” şirkətinin sahibi almışdı.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277