DÜNYA

Məktəblərdə ağıllı telefonlar qadağan olunsun
04 YANVAR
277

Məktəblərdə ağıllı telefonlar qadağan olunsun

2018-01-04 11:50:00

Ağıllı telefonlar, tabletlər və kompüterlərin xüsusən uşaq sağlamlığına yüksək təsiri, bütün dünyada mübahisə mövzusudur. Rusiyanın Rodiasiyadan Qorunma Komitəsinin sədri Oleq Qriqoryev ilə müsahibə həyata keçirən Komsomolskaya Pravda qəzeti elm insanının xəbərdarlıqlarını paylaşıb. Buna görə, elektron alətlər xüsusilə 3 - 17 yaş arasında böyük təhlükə kəsb edir. Çünki eyni ekrandan kiçik yaşlı istifadəçinin məruz qaldığı radiasiya, yetkin insanın məruz qaldığı radiasiyadan daha çoxdur. Bu şüaların xüsusilə sinir sistemi üzərinə mənfi təsirdə olduğundan şübhələnir.

Qriqoryev 10 yaşdan aşağı uşaqların elektron aparatların qarşısında gündə bir saatdan çox dayanmasına icazə verilməməsi lazım olduğunu bildirir. Uşaqların gündə 15 dəqiqədən çox telefonla danışması da zərərli.

Elm insanı daha da irəli gedərək aşağı siniflərdə ağıllı telefon istifadəsinin tam qadağan olunmasını təklif edir. Qriqoryev yeni seçilən Fransa Prezidenti Macronun üçüncü sinifə qədər məktəblərdə elektron cihaz istifadəsini qadağan etdiyini xatırladır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259