DÜNYA

Uçan balonlar şəhəri:Kapadokiya
02 YANVAR
471

Uçan balonlar şəhəri:Kapadokiya

2018-01-02 13:31:00

Kapadokiya,yerli əhalinin dilində: “Dünyanın səkkizinci möcüzəsi”. Türkiyənin Nevşehir vilayətinə bağlı Ürgüp rayonunda yerləşir. Bu bölgədə, vadi yamaclarından enən sel sularının və küləyin, vulkanik püskürtülərdən əmələ gələn maddəni aşındırdığı üçün Pəribacası adı verilən qəribəliklər meydana gəlmişdir. Sel sularının dik yamaclarda özünə yol açması, sərt qayaların çatlamasına və qopmasına səbəb olmuşdur. Alt hissələrdə yerləşən və daha asan aşınan maddənin dərin bir formada ovulması ilə yamac geriləmiş, beləliklə üst hissələrdə yer alan şapka ilə aşınmadan qorunan böyük, geniş ölçülü gövdələr ortaya çıxmışdır. Daha çox Ürgüp ətrafında yerləşən papaqlı pəribacaları böyük gövdəli olub, təpə hissələrində bir qaya bloku yerləşir. Yəni şapkanı əmələ gətirən qaya tipi, gövdəni əmələ gətirən qayaya nisbətən daha möhkəm, dayanıqlıdır. Bu pəribacasının əmələ gəlməsi için əsas səbəbdir.Papaqdakı qayanın sərtliyindən asılı olaraq, pəribacaları uzun və ya qısa ömürlü olurlar. Bölge günümüzde turizm baxımından böyük əhəmiyyətə malikdir. Qayalara oyulmuş ənənəvi Kapadokya evləri ve güvercinlikler bolgənin xüsusiliyini dilə gətirilər. Bu evlər XIX əsrdə yamaclara ya qayaların ya da kəsmə daşdan inşa edilib.  Bölgə şərabçılıq və üzüm yetişdirməklə  ilə də  məşhurdur. Kapadokiyanı əvvəllər ev kimi istifadə ediblərı. Bu na görə də indi qalıntılar çıxarılır. Bunlar tarixi əsər olaraq qoruma altına alınır. Kapadokiya öz uçan balon turları ilə məşhurdur.Balon turu adətən 3 və yə 3saat yarım çəkir. Kappadokiyanın ən məşhur vadilərindən qırmızı vadi və qızıl çuxur yaxınlarından (Göreme Qəsəbəsi) hər gün orta hesabla 80-100 arasından şar havaya qalxır və təxminən 1000 nəfərdən artıq hər gün bu möhtəşəm şar turlarını kappadokiya dadır. Şarları siz şarların içində izləmək ayrı bir dad olmasına baxmayaraq, əgər yerdən uçan şarları izləmək istəyirsinizsə ən gözəl yerdən hava uçuşlarını izləmə nöqtəsi SUNSET POINT deyilən gün batan nöqtəsidir. Bu məqam eyni zamanda qırmızı vadinin yürüş kross başlıngıç nöqtəsidir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267