DÜNYA

Rusiyada ilk övlada görə aylıq ödəmələr olacaq
29 DEKABR 2017
252

Rusiyada ilk övlada görə aylıq ödəmələr olacaq

2017-12-29 13:30:00

Rusiya prezidenti Vladimir Putin ailədə ilk uşağın doğulması ilə bağlı aylıq ödəmələrin həyata keçirilməsi ilə bağlı qanun imzalayıb. 

Fins.az-ın məlumat verir ki, sənəd hüquq məlumatlarının rəsmi portalında dərc olunub.   

Sənədə əsasən, ödəmələri almaq üçün uşağın valideynləri Rusiya vətəndaşları olmalı və ölkə ərazisində yaşamalıdırlar.  

Aylıq ödəmələri ilk övladı 2018-ci il 1 yanvar və bu tarixdən sonra dünyaya gələn valideynlər almaq hüququna malik olacaqlar. 

Qeyd etmək lazımdır ki, ailənin gəliri yaşadığı bölgənin əməkqabiliyyətli əhalisinin yaşayış minimumunun həcminin 1,5 mislindən çox olmamalıdır.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276