DÜNYA

Venesuela kriptovalyutanı rəsmiləşdirir
28 DEKABR 2017
140

Venesuela kriptovalyutanı rəsmiləşdirir

2017-12-28 17:01:00

Venesuelanın yaratdığı "El Petro" kriptovalyutasını kapitalla təmin etmək üçün 5 milyard barel neft tələb olunur.

Fins.az-ın məlumatına görə, bunu ölkə prezidenti Nikolas Maduro açıqlayıb. Prezident bildirib ki, bu məqsədlə Venesueladakı neft yataqlarından birinin gətirdiyi gəlirdən istifadə olunacaq.

O deyib ki, hökumət kriptovalyutanın ölkə ərazisində geniş yayılmasını təmin etmək niyyətindədir. Bununla iqtisadiyyatın möhkəmlənməsi, habelə maliyyə blokadasının aradan qaldırılması hədəflənir.

N. Maduro kriptovalyuta yaratmaq ideyasını sentyabr ayında açıqlayıb və o zaman bu addımın ABŞ dollarına alternativ kimi nəzərdə tutulduğunu bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin avqustunda Venesuelaya borclanma və qiymətli kağızlarla əməliyyatları qadağan edən maliyyə sanksiyası tətbiq edib. Üstəlik, hazırda ölkə neftin dəyərdən düşməsilə dərin iqtisadi böhran yaşayır.

Yeri gəlmişkən, "Bitcoin"lə ticarət edən birjalarda kriptovalyutanın dəyəri ortalama 14,5 min dollaradək azalıb ki, bu da 10,4 faizlik dəyərsizləşmə deməkdir.

Digər kriptovalyutalara gəlincə, "Ethereum" (Ezereum) 739,09, "Bitcoin Cash" isə 2,72 min dollara ticarət olunur.

Ekspertlərin fikrincə, ilin sonuna "Bitcoin"in kursu 17,5 min dollaradək yüksələ bilər.

© APA Tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301