DÜNYA

Gürcüstanda suyun qiyməti qalxıb
28 DEKABR 2017
153

Gürcüstanda suyun qiyməti qalxıb

2017-12-28 16:36:00

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün su təchizatı tarifi artırılıb.

Fins.az xəbər verir ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, sayğacsız abunəçilər üçün 1 kub metr su üçün tarif adam başına 75 tetri (0,28 dollar) bahalaşıb.

Sayğaclı abunəçilər üçün isə 1 kub metr üçün tarif 6 tetriyə (0,23 dollar) yaxın artırılıb.

Hazırda sayğacsız abunəçilər üçün tarif 3,147 lari (1,22 dollar), sayğaclı abunəçilər üçün isə 0,265 (0,10 dollar) lari təşkil edir.

Qərara əsasən, kommersiya təşkilatları üçün su tarifi 4,41 laridən 4,40 lariyə qədər ucuzlaşıb.

2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflər 3 il müddətinə müəyyənləşib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301