DÜNYA

"Bloomberg" 2018-ci ilin neft bazarı üçün ən vacib 5 amili sadalayıb
28 DEKABR 2017
226

"Bloomberg" 2018-ci ilin neft bazarı üçün ən vacib 5 amili sadalayıb

2017-12-28 16:33:00

 "2018-ci ildə bizi aşağı volatillik gözləyir. Buna səbəb OPEC-in neft bazarına nəzarət etməsi amili olacaq. Lakin spekulyativ investorlar səbəbindən qiymətlərin kəskin ucuzlaşması da istisna edilmir". Fins.az xəbər verir ki, bunu "Bloomberg" agentliyi neft bazarı üzrə apardığı təhlil əsasında bəyan edib. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Agentlik həmçinin, 2018-ci ildə neft bazarına təsir edəcək 5 əsas amili sadalayıb.

İlk növbədə "Bloomberg" ABŞ-da şist neft hasilatının artmasını gözlədiyini bildirib. Bunun nəticəsi olaraq 2018-ci ildə ABŞ-ın neft ixracını artırması proqnozlaşdırılır. Londonda yerləşən "Matilda Capital" hedc fondunun təsisçisi Riçard Fullartona (Richard Fullarton) görə, "əgər ilin ilk yarısında ABŞ şist neft və Kanada hasilatı artırarsa, OPEC+ hasilatı məhdudlaşdırmağa və bazarı tənzimləməyə məcbur olacaq. Bu da öz növbəsində "Brent" və WTI markalı neft markaları arasında qiymət fərqinin artmasına gətirib çıxaracaq".

İkinci amil - OPEC-in hasilatı məhdudlaşdırmasının nəticəsi olaraq 2018-ci ildə "Brent" markalı neft qiymətlərinin artmasıdır.

Üçüncü amil - geosiyasi risklərdir. Geosiyasi risklərin artdığı bir dönəmdə "Brent" markalı neft üçün 2018-ci ilin dekabr ayı üçün fyuçerslər arasında 100 dollarlıq kontraktlar çox populyardır. Venesuela, İran və S.Ərəbistanı geosiyasi risklər baxımından qiymətlərin artmasına təsir edəcək ölkələr arasında hallandırılıb.

Dördüncü amil - volatilliyin son 3 ilin minimal həddinə qədər azalmasıdır. "Energy Aspects" şirkətinin neft bazarı üzrə baş analitiki Amrita Sen bildirib ki, OPEC-in aktiv şəkildə bazarı idarə etmək qərarı volatilliyi aşağı səviyyədə saxlamaqda davam edəcək.

Beşinci amil isə spekulyatorların qiymətlərə təsiridir. "Bloomberg" agentliyi 2018-ci ilə daxil olarkən "Brent" və WTI markalı neftin qiymətinin yüksəlməsinə olan fyuçerslərin rekord həddə çatdığını bildirib. Bu səbəbdən Agentlik spekulyatorların əks istiqamətdə hərəkət edərək, yəni qiymətləri aşağı salaraq mənfəət əldə edə biləcəklərini istisna etmir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267