DÜNYA

Gürcüstan əhalisinin sayı azalıb
28 DEKABR 2017
309

Gürcüstan əhalisinin sayı azalıb

2017-12-28 14:21:00

Gürcüstan əhalisinin sayı cari ilin əvvəlində 3 718 200 nəfər təşkil edib.

Fins.az-ın verdiyi məlumata görə, ötən ilin eyni göstəricisi ilə müqayisədə əhalinin sayı 2200 nəfər azalıb.

Hesabata əsasən, qonşu ölkədə qadınların sayı kişilərin sayından çoxdur. Gürcüstanda qadınların sayı 1 936 700, kişilərin sayı isə 1 781 500 nəfər təşkil edir. Əhalinin 57,2%-i şəhərlərdə, 42,8%-i isə kəndlərdə yaşayır. 

Hesabatda Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi ilə bağlı göstəricilər isə 2014-cü ili əhatə edir. Onlara əsasən, qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 min nəfər olmaqla, Gürcüstan əhalisinin 6,3%-ni təşkil edir. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255