DÜNYA

Rusiyada nazirlərin əməkhaqları açıqlanıb - Maliyyə naziri I yerdə
27 DEKABR 2017
424

Rusiyada nazirlərin əməkhaqları açıqlanıb - Maliyyə naziri I yerdə

2017-12-27 18:43:00

Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanlarında işləyən rəsmilərin orta aylıq əməkhaqqının məbləğini açıqlayıb. Fins.az-ın məlumatına görə, dövlət qurumları arasında ən çox əməkhaqqını maliyyə-iqtisadi nazirliklərin rəhbərləri alır.

Əməkhaqqının həcminə görə birinci yerdə Rusiyanın maliyyə naziri Anton Siluanov qərarlaşıb. Onun aylıq əməkhaqqı 1,7 milyon rubl və ya 30 min dollara yaxındır.

 İlk üçlükdə həmçinin iqtisadi inkişaf və enerji nazirləri yer alıb. Onların əməkhaqqı müvafiq olaraq 1,27 milyon rubl (22 min dollar) və 1,16 milyon rubl (20 min dollar) təşkil edir.

Bundan əlavə ilk onluğa ədliyyə, idman, xarici işlər, səhiyyə və təhsil nazirləri daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254